Şəmkirdə evlərdən silsilə oğurluqlar edən şəxs yaxalanıb
11-03-2020, 15:20. Разместил: heqiqet
Aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 ədəd televizor və 3 ədəd şüşə qabları oğurlayıb. Daha sonra o, fevral ayının 16-da başqa bir evə daxil olaraq 1 ədəd televizor və kompüteri, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq oradan 8 ədəd xrustal meyvə və şirniyyat qablarını oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Vəliyev törətdiyi oğruluq hadisəsini etiraf edərək oğurladığı əşyaları 1200 manata satdğını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunubildirib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад