Karantin qaydalarını pozan kafe sahibi həbs edilib, müştəriləri cərimələnib - VİDEO
1-04-2020, 16:11. Разместил: heqiqet
Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi, paytaxt sakini Elgiz Rəhimov və kafedə olanlar polis bölməsinə gətirilib.
Kafedə olan 7 nəfər müştəri barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.
Kafenin sahibi Elgiz Rəhimov isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib.
Вернуться назад