Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı
11-07-2020, 11:44. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisində "Toyota” markalı avtomobildən 2 ədəd bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5 547 manat pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Вернуться назад