DataLife Engine > hadise > Bakıda əməliyyat: Dəfələrlə məhkum olunmuş şəxs külli miqdarda heroinlə tutuldu

Bakıda əməliyyat: Dəfələrlə məhkum olunmuş şəxs külli miqdarda heroinlə tutuldu


20-08-2020, 08:41. Разместил: heqiqet Bakıda əməliyyat: Dəfələrlə məhkum olunmuş şəxs külli miqdarda heroinlə tutuldu Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib. Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma), 181-ci(quldurluq), 186-cı(əmlakı qəsdən məhv etmə və zədələmə), 221-ci(xuliqanlıq)və 228-ci(qanunsuz odlu silah saxlama)maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İqbal Qəhrəmanov saxlanılıb.
Üzərinə baxış keçirilərkən ondan 520, 542 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Xəzər Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və 1-ci polis bölməsinin əməkdaşları isə bakı şəhər sakinləri Müxtar Babayevdən 0,332 qram, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən isə 378 qram narkotik maddə olan heroin aşkar edilib.
Вернуться назад