DataLife Engine > hadise > Bakıda ölümə səbəb olub qaçan sürücü tutulub

Bakıda ölümə səbəb olub qaçan sürücü tutulub


7-09-2015, 13:50. Разместил: heqiqet Bakıda ölümə səbəb olub qaçan sürücü tutulub Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ İstintaq Şöbəsi, Cinayət Axtarış Şöbəsi və yol polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, sentyabrın 5-də saat 02:20 radələrində Yeni Dairəvi yolda Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Arif oğlu Qədimovun idarə etdiyi “Suzuki” markalı motosikletlə toqquşaraq ölümə səbəb olan, hadisə yerindən yayınan naməlum sürücünün Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Cahangir Həsənbala oğlu Hüseynov olduğu, avtoqəzanı idarə etdiyi “Toyota-Corolla” markalı avtomobillə törətdiyi müəyyən olunaraq saxlanılıb.

Вернуться назад