Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
28-01-2021, 06:38. Разместил: heqiqet
Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə məhkəmə prosesinə hakim Eldar İsmayılovun sədrlik edəcək.
Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilərək həbs edilib.
Вернуться назад