Bakıda gecə vaxtı avtomobillə vurulan piyada ölüb
8-09-2015, 12:53. Разместил: heqiqet
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 00:10 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Emin Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Əzimovu vurub.
M.Əzimov hadisə yerində ölüb.
Faktla bağlı cinyaət işi başlanılıb, Sabunçu RPİ-də araşdırma aparılır.
Вернуться назад