DataLife Engine > hadise > Bakıda "KamAZ" fəhlələrin üzərinə aşdı

Bakıda "KamAZ" fəhlələrin üzərinə aşdı


10-09-2015, 15:16. Разместил: heqiqet Bakıda "KamAZ" fəhlələrin üzərinə aşdı Hadisə nəticəsində ölən və yaralanan var.
Bakıda bədbəxt hadisə baş verib. Yük boşaldan "KamAZ" fəhlələrin üzərinə aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 9-da Binəqədi şosesində yerləşən tikinti materialları anbarında Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov, Elşad Qafarova məxsus "KamAZ" markalı avtomobildən tikinti materialları boşaldarkən yük avtomobilində olan yük onların üzərinə aşıb.
Hadisə nəticəsində Əhməd Cəfərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Müxtəlif bədən xəsarətləri alan Aslan İlyasov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад