“Zek” Bakıda 39 yaşlı kişini öldürüb
21-09-2015, 11:47. Разместил: heqiqet
Keçmiş məhkum Bakıda qətl törədib.Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, Türkan qəsəbəsində, qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib və o, 3 saylı xəstəxanada dünyasını dəyişib.
Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov Xaşaxuna qəsəbəsi ərazisində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Вернуться назад