DataLife Engine > hadise > Biləsuvarda xəstə qadın su kanalında boğulub

Biləsuvarda xəstə qadın su kanalında boğulub


21-09-2015, 11:49. Разместил: heqiqet Biləsuvarda xəstə qadın su kanalında boğulub Biləsuvarda 30 yaşlı qadın su kanalına boğularaq ölüb.
Biləsuvar Rayon Prokurorluğundan verilən məlumata görə, dünən Biləsuvar şəhər sakini, 1985-ci il təvəllüdlü Elnarə Cəfərova yaşadığı evin yaxınlığından keçən su kanalında düşərək boğulub.
Qeyd edək ki, E.Cəfərovanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад