DataLife Engine > hadise > Tovuzda dəhşətli hadisə: Oğul atasını döyərək qətlə yetirib

Tovuzda dəhşətli hadisə: Oğul atasını döyərək qətlə yetirib


28-09-2015, 17:17. Разместил: heqiqet Tovuzda dəhşətli hadisə: Oğul atasını döyərək qətlə yetirib Atasını döyərək qətlə yetirmiş Tovuz rayon sakini tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb. Hadisə nəticəsində İlham Qarayev hadisə yerində ölüb.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Вернуться назад