Avtomobil Kürə düşdü, 3 nəfər batdı - Tovuzda
3-06-2024, 12:09. Разместил: heqiqet
Hadisə Hunalılar kəndində qeydə alınıb.
Belə ki hərəkətdə olan “VAZ 2107” markalı, 60 BH 272 dövlət qeydiyyat nişanlı minik avtomobili Kür çayına aşıb.
Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Tural Quliyev və sərnişinləri - 1991-ci il təvəllüdlü Vüqar Cəfərov, 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb.
Digər sərnişin, 1992-ci il təvəllüdlü Turqut İbrahimov isə üzərək sudan çıxıb.
Hazırda batanların axtarışları davam etdirilir.
Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Вернуться назад