Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu
2-07-2024, 11:42. Разместил: heqiqet
Hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, Salmanov Ramiz Çingiz oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, 10-GK-901 dövlət qeydiyyat nişanlı avtomaşınla səki ilə piyada hərəkət edən, 1962-ci il təvəllüdlü Muradov Əhməd Arif oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Вернуться назад