Hədə-qorxu ilə vətəndaşı qarət edən şəxs tutulub
21-10-2015, 17:22. Разместил: heqiqet
Bakı Şəhər Baş Polis İdaərsindən verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayonun Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində Coşqun Məmmədova hədə qorxu gələrək mobil telefonunu, daha sonra isə 100 manat pulunu almaqda şübhəli bilinən 1997-ci il təvəllüdlü Həmid Həmidzadə yaxalanıb.
O, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılıb.
Вернуться назад