Bıçaqla hədələyərək varlanmaq istədilər
29-10-2015, 15:45. Разместил: heqiqet
Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, hadisə rayonun Şərifzadə küçəsində baş verib. Şəxsiyyəti məlum olmayan 3 Bakı şəhər sakini Əjdər Əzizlini bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Xıdır Eldarov, Firuz Əlimədətov və Qazax rayon sakini Elşad Mustafayev saxlanılıb.
Вернуться назад