DataLife Engine > hadise > İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb


Bu gün, 12:58. Разместил: heqiqet


İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, İlqar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад