Beyləqanda evə hücum olub - ölən və yaralanan var
3-11-2015, 18:09. Разместил: admin
Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, Beyləqan şəhərində yaşayan Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və həyat yoldaşı Səbahətə küt alətlə xəsarət yetirib, sonra isə hadisə yerini tərk edib.
Səbahət Quliyeva hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Вернуться назад