Bərdədə ev yanıb
24-11-2015, 10:30. Разместил: heqiqet
Bərdədə yaşayış evində yanğın baş verib.Yanğın hadisəsi rayonun Lək kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m və 1 otağının tavanı 28 kv.m sahədə yanıb.
Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səylərindən sonra evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад