Tələbə qız qətl törətdi - SUMQAYITDA
25-11-2015, 10:30. Разместил: heqiqet
Sumqayıtda qətl törədilib.Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Ş. Ramazanova saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Məlumata görə, Ş. Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
Вернуться назад