DataLife Engine > hadise > Nardaran hadisələrinə görə Gəncədə 82 nəfər həbs olunub

Nardaran hadisələrinə görə Gəncədə 82 nəfər həbs olunub


3-12-2015, 15:39. Разместил: heqiqet Onlar həmin hadisələrə dəstək verdikləri üçün saxlanılıb
Nardaran hadisələrinə görə Gəncədə 82 nəfər həbs olunub Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup dindarın respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək , bütövlükdə konstitusiya quruluşunu dəyişdirməyə yönəldilən hərəkətlərinə münasibət bildirilməsi ilə əlaqədar Gəncədə ictimaiyyətin toplantısı keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin baçısı Elmar Vəliyev bildirib ki, bu təxribat Gəncədə hələ bir müddət əvvəl başlayıb. Oktyabrın 23-də Gəncənin Cümə məscidinə toplaşan bir qrup dindar asayişi pozaraq, dini ayin keçirmək adı altında ekstremist hərəkətlər edib, nəticədə hüquq-mühafizə orqanları tərəfindən həbs olunanlar olub.
“İnsanlara qarşı hörmətsizlik, hətta döymək, polisi vurmaq cəhdləri oldu. Sözsüz ki, bunların qarşısı alındı və 82 nəfər həbs olundu. Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu. Bütün bunlar bizdə çox təəssüf doğurur” - deyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbaov da Nardaranda Nardaran qəsəbəsində baş verən hadisələri və islam dininə qarşı törədilən bu çirkin təxribat qətiyyətlə pisləyib.
Toplantının sonunda Gəncə dindarları adından ölkə ictimaiyyətinə Nardaran hadisələrini pisləyən müraciət qəbul olunub.
Вернуться назад