Ağcabədi və Yevlaxda ev yandı
7-01-2016, 09:25. Разместил: heqiqet
Səhər saatlarında Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin 1 otağında mətbəx mebeli 3 kv.m sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Daha bir yanğın faktı ötən gecə Yevlax şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад