İtkin neftçinin meyitini Türkmənistan sahillərində Azərbaycan gəmisi tapıb
11-01-2016, 17:33. Разместил: heqiqet
Nazirliyinin təyyarəsi neftçinin meyitinin ölkəyə gətirilməsi üçün yola çıxıb Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Türkəmənistanda tapılan neftçinin meyitinin ölkəyə gətirilməsi üçün yola çıxıb.
Nazirlikdən verilən məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.
Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Roşan” gəmisinə məlumat ötürülübvə cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xisusi qeyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Вернуться назад