Qatarın altına özünü atan kişinin kimliyi məlum oldu - BAKIDA - YENİLƏNİB
13-01-2016, 12:10. Разместил: heqiqet
Belə ki, saat 11:10 radələrində bir nəfər özünü relslərin üzərinə atıb. Hadisənin şahidinin dediklərinə görə, 34 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, artıq intihar edən gəncin meyiti relslərdən çıxarılıb: "Hadisə bu gün saat 11:08-də baş verib. Özünü atan şəxs Aşurov Qoşqar Etibar oğludur. Mərhum 1982-ci il təvəllüdlüdür".
Вернуться назад