DataLife Engine > hadise > Bakıda və Sumqayıtda yanğın olub

Bakıda və Sumqayıtda yanğın olub


25-01-2016, 09:33. Разместил: heqiqet Bakıda və Sumqayıtda yanğın olub Bakıda və Sumqayıtda yanğın baş verib.
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan bir dam altında tikilmiş mətbəx və hamamın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər bir yanğın hadisəsi isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. “DELFİN” MMC-yə məxsus ərazidə ümumi sahəsi 97 kv.m olan taxta konstruksiyadan ibarət kottecin içərisində yerləşən saunanın tavanı 2 kv.m sahədə yanıb. Kottecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад