Gənc qız özünü bulvarda öldürmək istədi
16-02-2016, 10:56. Разместил: heqiqet
Fevralın 16-na keçən gecə saat 03 radələrində Bakı bulvarında intihara cəhd olub. Paytaxt sakini, 1992-ci təvəllüdlü Əliyeva Samirə Vaqif qızı Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihar etməyə cəhd edib. Bulvar Mühafizəsi və Post Patrul Xidməti əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və 24 yaşlı qız 9-cu Polis Bölməsinə aparılıb.
S.Əliyeva deyib ki, həyatdan bezdiyi üçün özünü dənizə atmaq istəyib.
Araşdırma aparılır.
Вернуться назад