DataLife Engine > hadise > Azərbaycandan Türkiyəyə 33 kq-dan artıq qızıl keçirən zərgərlər tutuldu

Azərbaycandan Türkiyəyə 33 kq-dan artıq qızıl keçirən zərgərlər tutuldu


16-02-2016, 13:05. Разместил: heqiqet Azərbaycandan Türkiyəyə 33 kq-dan artıq qızıl keçirən zərgərlər tutuldu Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycandan bu ölkənin ərazisinə qaçaqmalçılıq yolu ilə 33 kiloqramdan artıq çəkisi olan xalis qızıl külçələrin keçirilməsinin qarşısını alıb.
Keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşlarının avtomobilindən 33 kiloqram 576 qram çəkidə 39 ədəd qızıl külçə ələ keçirilib.
Adları açıqlanmayan 30 və 32 yaşlı Azərbaycan vətəndaşları istintaqa cəlb olunublar. Dindirilmə zamanı onlar bildiriblər ki, Azərbaycanda zərgərliklə məşğul olublar. Qızılın Türkiyəyə gətirilməsinə gəlincə, onların sözlərinə görə, qonşu ölkədə qızılın qiymətinin yüksək olması onları bu addımı atmağa sövq edib.
Вернуться назад