DataLife Engine > hadise > Bakıda qardaş qardaşı güllələyib

Bakıda qardaş qardaşı güllələyib


26-05-2015, 11:41. Разместил: heqiqet Bakıda qardaş qardaşı güllələyib Bakıda silahlı insident olub.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ləhiş bağlarında qeydə alınıb. Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb.

Heqiqet.az


Вернуться назад