Paytaxtda çay evində kütləvi dava
26-05-2015, 11:44. Разместил: heqiqet
Bakıda çay evində kütləvi dava olub.Heqiqet.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Best” çay evində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada çay evinin işçisi, 1984-cü il təvəllüdlü Ramil İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində dava iştirakçılarından bir neçəsinin kimliyi müəyyənləşib. Hazırda həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Вернуться назад