DataLife Engine > hadise > Bakıda dəhşətli intihar: 17 mərtəbəli binadan...

Bakıda dəhşətli intihar: 17 mərtəbəli binadan...


11-03-2016, 11:34. Разместил: heqiqet Bakıda dəhşətli intihar: 17 mərtəbəli binadan... Bakıda intihar hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb.
35-40 yaşlarında naməlum kişi həmin ünvanda yerləşən 17 mərtəbəli binadan özünü ataraq öldürüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Özünü binadan atan şəxsin həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.(apa)

Вернуться назад