DataLife Engine > hadise > Quldur dəstəyə 28 il cəza verildi

Quldur dəstəyə 28 il cəza verildi


31-03-2016, 17:19. Разместил: heqiqet Quldur dəstəyə 28 il cəza verildi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Samit Tahirov, Nahid Rəziyev və Elnur Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Tahirov 10 il, digər ikisi isə 9 il müddətinə (hər birinə) azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər üç cinayətkar şəhər sakinlərinə qarşı quldurluq edərək pul ələ keçiriblər.
Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç şəxs ələ keçirilib. Onlar barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Вернуться назад