DataLife Engine > hadise > Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: yaralılar var

Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: yaralılar var


27-05-2015, 12:03. Разместил: heqiqet Sərnişin avtobusu dəhşətli qəzaya düşdü: yaralılar var Avtobus yük avtomobillərinə çırpılıb
Bu gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən “Otoyol” markalı marşrut avtobusu "KamAZ" və “Shacman” markalı yük avtomobilləri ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin ağır xəsarət alıb.
Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri xeberle.com saytı yayıb

Вернуться назад