İki məktəbli yoxa çıxıb
21-04-2016, 10:01. Разместил: heqiqet
Heqiqet.az “Qafqazinfo” istinadən xəbər verir ki, məktəbin rəhbərliyindən verilən xəbərdə bildirilir ki, uşaqları məktəbdən adətən babası götürürdü. Bu səbəbdən uşaqlar bu gün məktəbin servis xidmətindən istifadə etməyiblər. Sonradan bacı-qardaş naməlum istiqamətdə hərəkət edib.
Olay barədə Nərimanov rayon polis idarəsinə xəbər verilib. Polis idarəsindən əldə edilən məlumata görə uşaqların mobil telefonu Nərimanov metrosu yaxınlığında sönüb.
Bundan sonra onların hərəkət istiqamətini müəyyən etmək mümkün olmayıb. Polis əməkdaşları daha dəqiq məlumat əldə etmək üçün ərazidə qurulan təhlükəsizlik kameralarının yaddaşını araşdırır.
Вернуться назад