DataLife Engine > hadise > Bakıda qayınata gəlinini öldürdü

Bakıda qayınata gəlinini öldürdü


28-04-2016, 11:15. Разместил: heqiqet Bakıda qayınata gəlinini öldürdü Bakıda kişi oğlunun qeyri-rəsmi nikahda yaşadığı qadını öldürüb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1952-ci il təvəllüdlü Yuri Raskov Vladimiroviç aralarında yaranan mübahisə zəminində oğlu ilə qeyri-rəsmi nikahda olan 1982-ci il təvəllüdlü İnna Berezuyeva Eduardovnaya çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat nəticəsində qətli törədən Yuri Vladimiroviç tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda sonuncu qətl hadisəsi ötən gün baş verib. Nəsimi rayonu ərazisində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar.
Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.


Вернуться назад