Ağdamda avtomobil 10 yaşlı uşağı vurub
13-06-2016, 18:31. Разместил: heqiqet
1984-cü il təvəllüdlü Rəhimov Elsəvər Yaqub oğlu idarə etdiyi “VAZ 2106” markalı maşınla Ağdam rayonunun Sarcalı kəndində yol kənarında dayanan 2006-cı il təvəllüdlü Cabbarov Fərhad Əli oğlunu vurub. 10 yaşlı uşaq xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Ağdam rayon Polis Şöbəsindən verilən xəbərə görə, sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад