Bakıda film kimi oğurluq
23-06-2016, 17:07. Разместил: heqiqet
Bakı şəhərində maraqlı oğurluq hadisəsi baş verib. Hadisə Yasamal rayonu Mirəli Seyidov küçəsi 15 ünvanında qeydə alınıb. Evə daxil olan oğrular 20 min manat dəyərində qızıl-zinət əşyasını aparıblar. Lakin cinayət hadisəsinin bir neçə maraqlı məqamları ortaya çıxıb.
Hadisədən sonra evə qayıdan mənzil sahibini qapı və pəncərə bağlı olduğu halda oğruların cinayəti necə törətdiyi maraqlandırıb. Məlum olub ki, çağırılmamış qonaqlar evə xüsusi plan quraraq daxil olublar. Onlar binanın zirzəmisinə daxil olaraq xüsusi alətlə döşəməni dağıdaraq evə giriblər.
Eyni binada oğurluq və oğurluğa cəhd halı da qeydə alınıb. Qonşuların sözlərinə görə, həmin vaxt ev sahibləri mənzildə olmayıblar. Buna kimi isə qonşuluqda olan bir mənzilin qapısına müdaxilə olunub. Amma evdə adam olduğundan onlar ərazini tərk ediblər.
Həmin binanın 3-cü girişində yaşayan Bilal Məmmədov da mənzilə müdaxilə olunduğunu bildirib. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verildikdən sonra həmin ünvana polis əməkdaşları cəlb edilib. Mənzildən heç nə aparılmayıb. Amma cinayət hadisələrinin eyniliyi ilə yanaşı mənzil sahiblərinin qohum olması diqqətçəkən məqamlardır. Polis faktla bağlı araşdırma aparır.
Вернуться назад