DataLife Engine > hadise >
Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 40 müraciət daxil olub
Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 40 müraciət daxil olub
3-08-2016, 13:56. Разместил:
heqiqet

İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 40 nəfər müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, günvurma ilə bağlı müraciət edənlərdən 6 nəfəri uşaq olub.
R. Nağıyevin sözlərinə görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 15 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaq olub.
Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.
Вернуться назад