DataLife Engine > hadise > Oğluyla birləşib bacısını amansızlıqla öldürən qardaş - MƏHKƏMƏ QARŞISINDA

Oğluyla birləşib bacısını amansızlıqla öldürən qardaş - MƏHKƏMƏ QARŞISINDA


30-08-2016, 10:52. Разместил: heqiqet Oğluyla birləşib bacısını amansızlıqla öldürən qardaş - MƏHKƏMƏ QARŞISINDA Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 69 yaşlı bacısını qətlə yetirməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və onun oğlu İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 6-na təyin edilib.
Qeyd edək ki, qətl bu ilin yanvarın 18-də Sumqayıtda baş verib. Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti tapılıb. Meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. Cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib. Ş.Xəlfəyev və I.Xəlfəyevə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Вернуться назад