26 yaşlı Cəsarət atasını öldürdü
19-09-2016, 10:55. Разместил: heqiqet
Astarada qətl hadisəsi baş verib.Hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C.Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Вернуться назад