Məhkəmə türk iş adamının Beynəlxalq Banka qarşı iddiasını təmin etməyib
13-10-2016, 10:04. Разместил: heqiqet
Bakı Apellyasiya Məhkəməsində Türkiyədə tanınmış iş adamlarından olan Murad Çeçenin apellyasiya şikayətinə baxılıb.Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, M. Çeçen Səbail rayon Məhkəməsində Azərbaycan Sənaye və Beynəlxalq banklarına qarşı iddia qaldırıb. İddia ərizəsində üçüncü şəxslər qismində Gozal Hasan Mohammad və “DİA Holding” FZCO şirkətinin Azərbaycan nümayəndəliyi göstərilib. Lakin məhkəmə iddianı yolverilməz hesab edərək icraata qəbul etməyib. Həmin qərardan M. Çeçen apellyasiya şikayəti verib.
M. Çeçen tanınmış iş adamı İbrahim Çeçenin oğludur.
Вернуться назад