Avtomobil 56 yaşlı kişini vurub qaçdı - Bakıda
18-10-2016, 09:15. Разместил: heqiqet
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.Mayak qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü hadisə yerini tərk edib.
Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması istiqamətində tədbirlər görülür.
Вернуться назад