DataLife Engine > hadise > Həmyerlisini bıçaqlayan şəxsə 6 İL HƏBS

Həmyerlisini bıçaqlayan şəxsə 6 İL HƏBS


11-06-2015, 16:23. Разместил: heqiqet Həmyerlisini bıçaqlayan şəxsə 6 İL HƏBS Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Yelmar Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Yelmar Quliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yelmar Quliyev tutulub. O, ötən ilin noyabrın 11-də Mərdəkan qəsəbəsində Cəlilabad rayon sakini Ceyhun İbrahimovu bıçaqlayıb.

Вернуться назад