Valyutadəyişmə məntəqəsində qətl törədən şəxsə yenidən cəza verildi
11-06-2015, 16:28. Разместил: heqiqet
Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə başa çatıb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə V. Səlimbəyli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Onu da qeyd edək ki, V. Səlimbəyli 14 yaşında, Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib.
Вернуться назад