18 il sonra Rusiyada tutuldu - Səfirlikdən saxta pasport alıbmış
26-10-2016, 13:05. Разместил: heqiqet
Əslində azərbaycanlı Çeropovetsdə başqa əməlinə görə - qəsdən başqasının əmlakına ziyan vurduğu üçün məhkəməyə çıxarılıb. Amma məhkəmə zamanı məlum olub ki, o, 18 ildir beynəlxalq axtarışdadır.
İlkin araşdırmadan sonra o da məlum olub ki, 2000-ci ildə o, hansısa yolla Azərbaycanın Rusiyadakı səfirliyindən başqa adamın adına pasport da əldə edib.
Hazırda onun bu və digər əməlləri də araşdırılır.
Вернуться назад