DataLife Engine > hadise > Külli miqdarda siqaret müsadirə olunub

Külli miqdarda siqaret müsadirə olunub


28-10-2016, 10:31. Разместил: heqiqet Külli miqdarda siqaret müsadirə olunub Rusiya Federasiyası İstiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад