DataLife Engine > hadise > Azərbaycanda dəhşətli olay: eskalatorun arasında qalıb öldü

Azərbaycanda dəhşətli olay: eskalatorun arasında qalıb öldü


23-04-2015, 13:13. Разместил: heqiqet Azərbaycanda dəhşətli olay: eskalatorun arasında qalıb öldü
Sumqayıtda dəhşətli hadisə baş verib. 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan "Rahat" marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib.
Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.
Вернуться назад