Bakı-Qazax yolunda "Prado" belə aşdı
7-11-2016, 10:35. Разместил: heqiqet
Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
“90 CC 120” dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Вернуться назад