DataLife Engine > hadise > Bakı Atletlər Kəndində avtobus qəzası, yaralılar var

Bakı Atletlər Kəndində avtobus qəzası, yaralılar var


12-06-2015, 18:49. Разместил: heqiqet Bakı Atletlər Kəndində avtobus qəzası, yaralılar var Avropa Oyunları ilə bağlı Bakıya gələn əcnəbiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı bir neçə nəfər yaralanıb. Yaralılar 1 saylı Şəhər Xəstəxanasına aparılıblar.
Xəstəxanadan bildirilib ki, qəzadan 3 yaralı gətirilib. Onlardan 2-si reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tibb xidməti bu gün baş vermiş qəza ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, Bakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada 3 avstriyalı idmançı xəsarət alıb və onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
"BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir. Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək", - deyə açıqlamada deyilir.
***
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib ki, istintaq avstriyalı idmançıların düşdüyü qəzanı araşdırır. Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.
O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.
“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, - deyə nazir bildirib.
Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.
“Azərbaycanın Avstriyadakı səfirliyi lazımi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, - deyə o vurğulayıb.


Вернуться назад