DataLife Engine > hadise > Siyəzəndə bədbəxt hadisə - 33 yaşlı gənc qatarın altında qaldı

Siyəzəndə bədbəxt hadisə - 33 yaşlı gənc qatarın altında qaldı


17-11-2016, 10:40. Разместил: heqiqet Siyəzəndə bədbəxt hadisə - 33 yaşlı gənc qatarın altında qaldı Bu gün saat 05:10 radələrində Siyəzən rayonunun Gilgilçay stansiyasında, 1983-cü il təvəllüdlü yerli sakin Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.
Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə aparılıb. "Hər iki baldırın aşağı 3/1-nin amputasiyası, post - travmatik şok" diaqnozu qoyulan zərərçəkən Cərrahiyyə şöbəsində əməliyyat olunub.
Xəsarət alan şəxs həmin qatarın maşinist-köməkçisi olub. Hadisə növbəni təhvil verib, evə gedərkən qeydə alınıb.
Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.
Вернуться назад