Şəkidə evdə yanğın olub
21-11-2016, 15:23. Разместил: heqiqet Şəkidə fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, yanğın bu gün günorta saatlarında Şəki şəhər sakini Mehman Əliheydərova məxsus, ümumi sahəsi 70 kv/m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin 1 otağının tavanı 4 kv/m-lik sahədə, 2-ci otağın tavanı 3 kv/m-lik sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад