Qonşusunu bıçaqladı - 2 ay sonra yaxalandı
1-12-2016, 13:26. Разместил: heqiqet
Ağstafada 2 ay əvvəl qonşusunu bıçaqlayan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 6-da Ağstafa rayonunun Tatlı kəndində yaşayan Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında xəsarəti ağacdan yıxılması nəticəsində aldığını bildirib.
Ağstafa rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün E.Məmmədovla qonşusu Tofiq Ərzanov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsrət yetirməsi müəyyən edilib.
Həyata keçirilmiş tədirlərlə T.Ərzanov tutulub.
Вернуться назад